background cover of music playing
Keyf Elə - Hüseyn Derya

Keyf Elə

Hüseyn Derya

00:00

04:07

Similar recommendations

Lyric

Hə... Kimə baxırsan bir rəvayət deyir

Deyirəm, bəlkə bir rəvayət də mən deyim

Amma mənim bu rəvayətim məhəbbətdən deyil

Öz məhləmizdəndi

Yəni dogulduğum məhlədən

Və məhlədə kimdən də soruşsan

Hamı sənə bir sözü deyəcək

Həri dinləyin

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Doğulduğum məhlədə hamı bilir, sən də bil

Bir tərəfi gül - çicək, bir tərəfi zir - zibil

Bir tərəfi cənnət, bir tərəfi cəhənnəm

Gəlib görənlər bilər, nə cürdü burda aləm

Kimisi uçur balkondan, guya Fantomasdı

Kim kimə mal satır, kim kimə mal atır (oooh)

Kimisə, də qıznan gəzir, desinlər ki bazdı

Kimisi ölür acından, acından hər gün yatır

Kimisi gəzir Şessotda, guya qaqaşdır qaqaş

Girəndə məhəlləyə tez axıdır göz yaş

Birisi gəzir Nissanda, adını qoyub Gül Toto

Əlinə pul düşən kimi, gündə oynayır loto

Çoxdu bizim məhlədə, çoxdu dava salanlar

Çoxdu, çoxdu, çoxdu, çoxdu, çoxdu buna baxanlar

Acından ölən, kef edən, fərqi yoxdu düzü

Kimə baxsan məhlədə, hamı deyir bir sözü

Ay can alan candı bizim məhlədə, (məhlədə)

Gündə toy - nişandı bizim məhlədə, (məhlədə)

Bir gün, aclıq olar, kef olar

O birisi gün nə aclıq, nə də ki kef olar

Amma bizim məhlədə sevir hər kəs hər kəsi

Batdı o insan vallah, incitsə bir kəsi

Hami deyir bir sözü, sözləri bir yerdədi

"Məhlə bizim məhlədir, qalan məhlə fəhlədir"

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Doğulduğum məhlədə hamı bilir, sən də bil

Bir tərəfi gül - çicək, bir tərəfi zir - zibil

Bir tərəfi cənnət, bir tərəfi cəhənnəm

Gəlib görənlər bilər, nə cürdü burda aləm

Girəndə məhəlləyə gözüm baxır hər yana (eyyy)

Bu cür məhəlləmizdə, Vallah, gəlmişəm cana

Birisi düşür məhəlləyə, birisi çıxır eyvana

Kimi görürsə qışqırır: "Meyxanadır, meyxana!"

Qonşumuz Əhməd dayı, səhər gedəndə işə

Girəndə məhəlləyə, tez düşür təşvişə

Maşın yoxdu yerində, sanki olub möcüzə

Bir gecənin içində getdi gedər gəlməzə

Kimisi əlində araq, kimisi əlində çaxır

Kimisi də yazıq - yazıq, oturub içənlərə baxır

Kimisi taksi şoferi, kimisi satır qatıq

Başqa yol yox artıq!

Lənətə gəlsin bu zaman, lənətə gəlsin görüm!

Nə var - nə var yoxdu pul, qaçıb gedibdir gülüm

Qaçıb gedibdir canım, gedibdir canım mənim

Pulum yoxdu, tərk edib, gedib ceyranım mənim

Eybi yoxdur, getsə də, tapmağa qızlar nə var?

Yaxşı deyib o vaxtı, yaxşı deyib atalar

"Ay bala, aclıq olsa da..."

Yenə də kef elə, kef elə!

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar

Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Kef elə!

- It's already the end -