00:00
05:36
Hazırda bu mahnı ilə bağlı məlumat mövcud deyil.
Sənin eşqin məni gətirdi dilə
Sanki aşiq olub bülbül bir gülə
Sənin eşqin məni gətirdi dilə
Sanki aşiq olub bülbül bir gülə
Səni sevdim, könül verdim
Həsrət çəkdim mən (Ay bala)
Səni sevdim, həsrət çəkdim
Könül verdim mən
Sənintək gözələ, eşqimi təzələ
Amma tez elə
Bu ayrılığın ömrünü az elə
Sənintək gözələ, eşqimi təzələ
Amma tez elə
Bu ayrılığın ömrünü az elə
♪
Əgər məndən ayrı gəzib, dolansan
Məni öz eşqinə biganə sansan
Əgər məndən ayrı
Gəzib, dolansan
Məni öz eşqinə
Biganə sansan
Od tutaram, alışaram
Həm yanaram mən (Ay bala)
Od tutaram, alışaram
Həm yanaram mən
Unuda bilmərəm, sənsiz mən gülmərəm
Özümə gəlmərəm
Bu ayrılığa dözə bilmərəm
Unuda bilmərəm, sənsiz mən gülmərəm
Yaşaya bilmərəm
Bu ayrılığa dözə bilmərəm
♪
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin o cəlb eyləyən vəslinə and içdim inan
Sənin o cəlb eyləyən vəslinə and içdim inan
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Unuda bilmərəm, sənsiz mən gülmərəm
Özümə gəlmərəm
Bu ayrılığa dözə bilmərəm
Unuda bilmərəm, sənsiz mən gülmərəm
Özümə gəlmərəm
Bu ayrılığa dözə bilmərəm